Benzinin qiymətini 62 dəfə qaldırdı - Venesuelada

Venesuela Prezidenti Nikola Maduronun üç rəqəmli (150%-ə yaxın) inflyasiyanı dayandırmaq və təxminən 10 ilin ən dərin durğunluğunu yaşayan iqtisadiyyatı dəstəkləmək üçün təxminən 20 il sonra ilk dəfə benzin qiymətlərini qaldırıb və valyutasını devalvasiya edib. Beynəlxalq Valyuta Fondu bu ilin sonunda Venesuellada inflyasiyanın 750%-ə çıxacağını proqnozlaşdırır.
Avtosfer.az bloomberg-ə istinadən xəbər verir ki, ərzaq və dərman kimi zəruri məhsulların idxalı üçün istifadə edilən əsas məzənnə, Maduronun televiziya vasitəsilə ictimaiyyətə verdiyi bəyanatda qeyd etdiyi kimi, dollar qarşısında 6.3 bolivardan 10 bolivara qalxacaq. Bu 58,7%-lik bir devalvasiya deməkdir. Həmçinin hökumət ən son 13 bolivardan dollar satdığı ara məzənnəni də ortadan qaldıracaq və hər dollara 203 bolivardan əməliyyatların aparıldığı "üzən və bir-birini tamamlayan" alternativ bazarı yaxşılaşdıracaq.
Devalvasiya, dövlətə məxsus neft şirkəti Petroleos de Venezuela SA-nın neftdən əldə etdiyi hər dollar üçün daha çox bolivar əldə etməsindən dolayı dövlət xəzinəsindən çıxışları azaldarkən, yüksək benzin qiymətləri də subsidiyalara ayrılan pulun azalmasını təmin edəcək.
Uzun müddətdir davam edən subsidiyalara görə Venesuela xalqı dünyanın ən ucuz benizini istifadə edirdi. Ancaq hökumət benzinin litrinin qiymətini (Gasoline price) 9.7 centavosdan 6 bolivara yüksəldib, təxminən qiymətlər 62 dəfə artırılıb. 91 oktan benzinin litrinin qiyməti isə 7 centavostan 1 bolivara çıxarılıb.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












