Benzinin qiymətinin ən ucuz və ən baha olduğu ölkələr - SİYAHI

Azərbaycanda benzinin qiyməti dünyada 1 litr benzinin orta qiymətindən aşağıdır. OPEC və bu təşkilata üzv olmayan neft ixrac edən ölkələrin neft hasilatının azaldılması ilə bağlı qərara gəlməsindən sonra dünya bazarlarında “qara qızıl”ın qiymətində bahalaşma müşahidə edilir.
Neftin qiymətinin qalxması benzinin də qiymətlərinə təsir edir. Dünyada, xüsusən də Avropa ölkələrində benzinin qiymətində cüzi dəyişiklər müşahidə edilib.
Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, dünyada yanacağın hazırki qiymətini mütəmadi olaraq yeniləyən globalpetrolprices.com saytı benzinin ən son qiymətlərini yayıb.
Siyahıya nəzər yetirsək inkişaf etmiş ölkələrin əksəriyyətində neftin qiymətinin 2 manatdan yuxarı olduğunu görərik.
Benzinin müxtəlif ölkələrdə fərqli qiymətə satılmasının səbəbi neft ölkəsinin olub-olmaması və tələbatla bağlıdır.
Saytın qeyd etdiyinə görə, dünyada 1 litr benzinin orta qiyməti 0,99 ABŞ dolları (1,73 AZN) təşkil edir.
Latviya (2.015 AZN)
Litva (2.032 AZN)
Cənubi Koreya (2.17 AZN)
İrlandiya (2.57 AZN)
Türkiyə (2.57AZN)
Finlandiya (2.62 AZN)
Danimarka (2.76 AZN)
İsrail (2.83 AZN)
Norveç (3.11 AZN)
Honkonq (3.32 AZN)
Bəzi neft ölkələrində isə benzinin qiyməti 1 manatdan ucuzdur. Buna səbəb isə bu ölkələrdə neftə tələbin təklifdən az olmasıdır. Neftin gündəlik istehsalı avtomobillərin sayını, benzinə olan tələbatı xeyli üstələyir.
Venesuela (0.17 AZN)
Səudiyyə Ərəbistanı (0.42 AZN)
İran (0.70 AZN)
Qazaxıstan (0.73 AZN)
Azərbaycan (0.70 AZN)
Amerika Birləşmiş Ştatları neft ölkəsi olsa da burada benzinin qiyməti 1,13 AZN-dir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










