Bərdədə Tərtərçay üzərindəki körpü bərpa olunur - FOTO

Respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 29-cu km-də, Tərtərçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpüdə bərpa işlərinə başlanılıb. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib. “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altnda texnoloji ardıcıllığa riayət edilməklə aparılan bərpa işləri zamanı körpünün dayaqlarında əlavə bərkitmə işləri görülür. Bunun üçün körpünün altında, çay məcrasında 8 metr uzunluğunda və 2 metr enində monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunur və körpünün altından aşırım tirlərinə bərkidilir. Aparılan bərkitmə işləri körpünün yükgötürmə qabiliyyətini xeyli artıracaq və tez bir zamanda sıradan çıxmasının qarşısını alacaq.
Bərkitmə işləri yekunlaşandan sonra körpünün üstü yenidən asfaltlanaraq yol ötürücüsü yaxın günlərdə və yeni görkəmdə sürücülərin istifadəsinə veriləcək.
Qeyd edək ki, uzun müddət istismar olunduğundan və ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşən körpü ötən əsrin 70-ci illərində inşa olunub. Körpünün uzunluğu 130 metr, eni isə 13 metrdir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














