Bərdədə uzun illər təmir olunmayan yol sakinləri çətin vəziyyətə salıb - VİDEO

Çoxlu Çala çuxurlar…Baxımsız vəziyyətdə olan yol...
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Bərdə rayonunun Məmmədli kəndinin yolu uzun illərdir baxımsızlıqdan bu hala düşüb.
Kənd sakinlərinin sözlərinə görə, Məmmədli kəndinə qədər olan 7 km-lik məsafə yararsız vəziyyətdədir. Məhz buna görə də, sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri əməlli-başlı problemə çevrilib.
Məmmədli kəndi Bərdə rayonunun ən ucqar yaşayış məntəqələrindən biridir. Kəndlə şəhər mərkəzi arasındakı məsafə 40 km-dən çoxdur. 200 fərdi yaşayış evi olan kənddə 1000 nəfərə yaxın sakin yolsuzluqdan əziyyət çəkir.
Sakinlər şəhər mərkəzinə tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib. Yolda olan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan 43 saylı Yol İstismar İdarəsindən bildirib ki, sözü gedən avtomobil yolunun bərpası ilə bağlı aidiyyəti üzrə məlumat verilib.
Dövlət proqramı əsasında yolun bərpası nəzərdə tutulub və vəsait ayrılan kimi avtomobil yoluna asfalt örtüyü çəkiləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










