Bərdədən Bakıya leş daşıyan "Mercedes" tutuldu - FOTOLAR

Alınmış məlumat əsasında aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssislərinin iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə reyd keçirilib. Nəticədə 140 kq miqdarında mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan heyvan cəmdəkləri aşkar olunub. Bu barədə DBNX-nin mətbuat xidmətindən Avtosfer.az daxil olan məlumatda bildirilib. Məlumata görə, yararsız məhsullar Bərdə rayonundan paytaxta gələn Mustafayev Ramin Fuad oğlunun idarə etdiyi "Mersedes C-230" markalı 99 FL619 dövlət nömrə nişanlı avtomobilində Qaradağ rayonunda Dövlət Yol Polisi postunda axtarış zamanı tapılıb. Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.
Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən yoxlanılan 6 (altı) nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Bərdə rayonundan Bakı şəhərinə gətirilən ətlərin aqoniya vəziyyətində və öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması aşkar olunub.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Bərdə rayonundan gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













