Berlində aeroportların işi iflic olub

Berlinin “Tegel” və "Şenefel" hava limanlarında işçilərin tətil keçirməsi Bakı-Berlin və Berlin-Bakı aviareyslərinin yerinə yetirilməsinə təsir göstərməyib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Berlinin hər iki hava limanında reyslərin təxirə salınmasına səbəb əmək haqlarının artırılmasını tələb edən yerüstü xidmət işçilərinin etiraz tətili keçirməsidir. “Tegel” hava limanında 455 reys yerinə yetirilməyəcək, "Şenefel"də isə 204 reys ləğv edilib. Hava limanlarının rəhbərlikləri sərnişinlərdən reyslərin statusunu əvvəlcədən yoxlamağı xahiş edir. “İstirahət günləri də daxil olmaqla, biz hər an danışıqlara getməklə yanaşı, yeni təkliflərə də hazırıq”, - deyə "Verdi" həmkarlar ittifaqının tətil təşkilatçıları bildirib. Qeyd edək ki, sözügedən tətil səbəbindən “Aeroflot” aviaşirkəti də reys cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıb. Bəzi reyslər isə Drezdenə göndəriləcək.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












