Banner

Beş bacının tək qardaşı olan Vətən müharibəsi şəhidinin doğum günüdür - VİDEO

Gündəm 29 Avqust 2021 13:47 Oxunub 1246
Beş bacının tək qardaşı olan Vətən müharibəsi şəhidinin doğum günüdür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Vətən Müharibəsi şəhidi Əli Cəfərovun şəhadətindən sonra ilk doğum günüdür. 

Əli Cəfərov 1993-cü ildə Astara dünyaya göz açıb. Beş bacının tək qardaşı kimi böyüyüb. 

O, Astara rayon Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləşlə də məşğul olub. 

2011-13-cü illərdə kəşfiyyatçı kimi hərbi xidmət keçib. 

Vətən müharibəsinə könüllü qatılan Əli Cəfərov Talış və Suqovuşanın, Murovdağ yüksəkliyinin alınmasında misilsiz şücaət göstərib. 

Elə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 2020-ci ilin 4 noyabr tarixində doğulduğu kənddə - Astara rayonunun Maşxan kəndində dəfn olunub. 

Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin.
///oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh