Beş marşrut üzrə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq

Bu gün saat 10.30-da “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçirilir. Velosiped turunun birinci mərhələsi - Bakı - Sumqayıt (150 km) marşrutunu əhatə edir. Bu gün mərhələlərlə bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Sabah iştirakçılar 2-ci mərhələdə Bakı - İsmayıllı (187 km), mayın 5-də 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), mayın 6-da 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və mayın 7-də sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər. Mayın 7-də yarış iştirakçılarının Bakıda bir neçə dəfə dövrə vurması nəzərdə tutulub. Velosiped turu zamanı müvafiq mərhələlərə uyğun marşrutlar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında deyib ki, velosiped turunun keçirilməsi ilə bağlı müvafiq ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün yol polisi həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyur və istiqaməti dəyişir: “Nəqliyyatın hərəkətinə məhdudiyyət də fasilələrlə qoyulur. Yəni elə formada işləməyə çalışırıq ki, sürücülərin də hərəkətində ləngimə olmasın”. Qeyd edək ki, builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.
Emin
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










