Beton yolunun yanlış xətlənməsi ilə bağlı – AÇIQLAMA - VİDEO

Zığ – Aeroport yolunun doğru xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə tanınmış mexanik Saleh görüntülər paylaşıb.
O iddia edib ki, sözügedən ərazidə MİDA-nın Hövsan Kompleksi yaxınlığında yola qalın qırıq-qırıq xətlər çəkilib. Lakin buradan dönəndə, yanlız Zirə Dəniz limanına, sosial evlərə getmək üçün sağa dönmə əməliyyatını icra etmək mümkündür:
“Buranı keçdikdən sonra bütün yol düz xətlə ayrılıb. Üzü Qala qəsəbəsi istiqamətinə gedərkən Zirəyə tərəf dönmək istəsək biz gərək yolun sonuna qədər gedib çıxaq ki, ora qırıq-qırıq xətlə nişanlanıb. Bu da qəza şəraiti yaradır”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, görüntülər ərazidə texniki iş aparılarkən lentə alınıb və işlər tam yekunlaşmayıbmış:
“Hazırda sözügedən ərazidə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılıb”.

Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










