Beyləqanda 90 minlik ayaqyolu açıldı – FOTO

Bu gün Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb.
Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.
Layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə mərasim keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev qonaqlara rayon haqqında məlumat verib, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
Tsuquo Takahaşi layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda 2 layihə həyata keçirib və bu, 3-cü layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır.
Məlumat verilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin artırılması ilə bağlı ümumi dəyəri 18 milyon 037 min 869 ABŞ dolları olan 211 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edib və bu yardımların ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçib.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olub, şagirdlərin rəsm sərgisinə və idmançıların çıxışlarına baxıblar.
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










