Beyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan rayonunun Dünyamalılar kəndində fəaliyyət göstərən və Qaryağdı Əsəd oğlu Təhməzova məxsus olan süd qəbulu məntəqəsində yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Məntəqəyə və ya məntəqədən daşınan hər bir süd partiyasının müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmadığı, qida məhsulunun komponenti kimi istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı məlum olub. Həmçinin döşəmənin, divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunaraq süd qəbulu məntəqəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.


Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












