Beynəlxalq avtomobil daşımalarına dair protokol imzalandı - FOTO

9-10 iyul tarixlərində Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində İran-Azərbaycan Birgə Komissiyasının növbəti iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, İran İslam Respublikası nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və Avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə idarəsinin rəisi Məhəmmədcavad Ətirçian rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcılarımızın qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq Protokol imzalanıb.
Tərəflər hər iki ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olduğunu qeyd edərək “Şimal-Cənub” və TRASECA beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində regional və beynəlxalq təşkilatlarda birgə fəaliyyətlərinin davam etdirilməsi barədə razılığa gəliblər. İki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










