Beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edilib

Qazaxıstan Məclisinin plenar iclasında Azərbaycan və Qazaxıstan hökumətləri arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda çıxış edən investisiyalar və inkişaf naziri Jenis Qasımbek deyib ki, Azərbaycanla saziş ölkənin tranzit potensialının inkişafına və Mərkəzi Asiyada iri logistik habın yaradılması məqsədilə yük axınının cəlb edilməsinə kömək edəcək. Nazir bildirib ki, 2016-cı ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 16 faiz artaraq 6,2 min ton təşkil edib: "Bu sazişin həyata keçirilməsi Qazaxıstan-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafına da imkan verəcək". Qeyd edək ki, saziş 2017-ci il aprelin 3-də Bakıda imzalanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












