Beynəlxalq Avtovağzaldan bayram XƏBƏRDARLIĞI

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Avtosfer.az quruma istinadən xəbər verir ki, bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə yanvarın 4-nə qədər gücləndirilmiş iş rejimi tətbiq edilib. Hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün (012) 406 01 58 (59) nömrələrinə müraciət etmək olar.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












