Beynəlxalq Avtovağzalı Prezident Administrasiyası nəzarətə götürdü

Keçmiş Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalı Azərbaycan Prezidentinin İşlər idarəsinə tabe edilib. Avtosfer.az xəbər verir ki, bu barədə istipress-ə DANX-dakı mənbə bildirib. Məlumata görə, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra DANX heç bir qurumun tabeçiliyində deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən də bildirildi ki, Bakı Beynəlxaq Avtovağzalı heç bir zaman Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb. NRTYN-nın da strukturuna və tabeli qurumları sırasına daxil edilməyib. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən azad edildikdən sonra, prezident İlham Əliyevin 13 fevral tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib. Məlumat üçün bildirək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir;
avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür;
beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir;
avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir;
avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür;
qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










