Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən reaksiya

Dövlət İmtahan Mərkəzi beynəlxalq dil sertifikatlarını qəbul etmədiyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
Qeyd olunub ki, Mərkəz yalnız beynəlxalq dil imtahanlarının rəsmi imtahan mərkəzlərində keçirilmiş nəticələrini məqbul hesab edir.
“Beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı tətbiq olunan yanaşma öncədən ictimaiyyətə açıqlanıb. Bu barədə DİM-in rəsmi internet səhifəsində, eləcə də "Doktorantura – 2026" jurnalında məlumat verilib. Orada qeyd olunur ki, TOEFL iBT Home Edition və IELTS-in onlayn versiyaları üzrə əldə olunan nəticələrin etibarlılığı və obyektivliyi ilə bağlı risklər nəzərə alınaraq, zərurət yarandıqda namizədlərin dil biliyinin səviyyəsini dəqiqləşdirmək, əlavə izahat almaq və ya dil bacarıqlarını yoxlamaq məqsədilə üzbəüz formatda müsahibə və ya qiymətləndirmə xarakterli görüşlər keçirilir” deyə, məlumatda bildirilib. DİM qeyd edib ki, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri də qəbul siyasətlərinə uyğun olaraq bu tip imtahan nəticələrini ya ümumiyyətlə qəbul etmir, ya da onlarla bağlı əlavə yoxlama və ya məhdudiyyətlər tətbiq edir.
“Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin yanaşması beynəlxalq praktikadan kənar və ya istisna xarakterli hesab edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, ETS tərəfindən də TOEFL iBT Home Edition sertifikatlarının qəbul edilib-edilməməsi məsələsi ali təhsil müəssisələrinin və nəticəni qəbul edən təşkilatların səlahiyyətinə verilib. Başqa sözlə, ETS Home Edition nəticələrinin bütün qurumlar tərəfindən mütləq qəbul edilməsini tələb etmir. Bu barədə qərar qəbul edən təşkilatın daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyən edilir” deyə, açıqlamada vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə doktoranturaya qəbul üçün sənəd təqdim edən namizədlərin beynəlxalq ingilis dili sertifikatlarının DİM tərəfindən tanınmaması, əvəzində onlardan yenidən dil imtahanı və ya müsahibə tələb olunması ilə bağlı məlumatlar yayılmışdı.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












