Beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməməsi terrorçunu dəstəkləməyə xidmət edir - İsa Həbibbəyli

Beynəlxalq ictimaiyyətin, eləcə də ATƏT-in Minsk Qrupunun Gəncə hadisələrinə və Azərbaycanın digər ərazilərində mülki əhalinin raket atəşinə tutulmasına biganə qalması bu hadisəyə obyektiv hüquqi-siyasi qiymət verməməsi, Ermənistana təzyiq göstərməməsi nəticə etibarilə terrorçu dövləti və terrorçuluğu dəstəkləməyə xidmət edir.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, erməni cəlladlarının Gəncədə törətdikləri qanlı hadisələr hüquqi baxımından cinayət, beynəlxalq hüquq normaları baxımından isə terror hadisəsidir.
İ.Həbibbəyli əlavə edib ki, Ermənistanın terrorçu dövlət olması yeni üzə çıxmayıb. Bütün XX əsr boyu Ermənistanın 1905-1907-ci, 1918-1920-ci və 1946-1948-ci, nəhayət, 1988-1990-cı illərin hadisələri zamanı da məqsədlərinə çatmaq üçün istifadə etdiyi əsas silah terrordur:
"Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalıda da Ermənistanın törətdiyi qanlı cinayətlərin yalnız bir adı vardır: Terrorçuluq! Son günlərdə erməni vandallarının Gəncə şəhərində törətdiyi vəhşiliklər də erməni terrorçuluğunun növbəti davamıdır. Bu, insanlığa sığmayan qanlı terror hadisələrinə görə ilk növbədə Ermənistanın Baş naziri Nikol Paşinyan və onun ətrafındakı cinayətkar xunta məmurlar dəstəsi cavabdehdirlər. Hesab edirəm ki, Paşinyan və onun cinayətkar dəstəsi beynəlxalq məhkəmə qarşısında müttəhim kürsüsündə oturub cavab verməlidirlər".
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










