Beynəlxalq idman tədbiri yüksək təhlükəsizlik şəraitində keçirilir - VİDEO

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının keçirildiyi məkanlarda ictimai təhlükəsizlik, o cümlədən yol hərəkəti təhlükəsizliyi daim diqqət mərkəzindədir. Bu məqsədlə tədbirlərin keçirilməsinə cəlb olunan polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN tərəfindən yarış iştirakçılarının, eləcə də beynəlxalq idman tədbirini izləməyə gələn çoxsaylı yerli və əcnəbi tamaşaçıların yollarda üzləşə biləcəkləri çətinliklərin həlli üçün də zəruri qabaqlayıcı tədbirlər görülür. Bu xüsusda yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz hərəkətinin təmin olunması və mümkün sıxlıqların qarşısının alınması məsələləri daim nəzarətdə saxlanılır. “Respublikamızın beynəlxalq imicinə təsir göstərən və hazırda dünyanın hər yerindən izlənilən bu mötəbər idman yarışının təhlükəsiz başa çatması üçün hər bir yol hərəkəti iştirakçısından daha məsuliyyətli olmağı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməklə onun yaddaqalan olmasına töhfə verməyi xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA










