Beynəlxalq Nəqliyyat Forumunun gələn il üçün büdcə layihəsi təqdim edilib - FOTOLAR

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (BNF) sədrliyi çərçivəsində Bakıda BNF-nin dördüncü rüb iclasları keçirilib.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, eyni zamanda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunan toplantının açılışında Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.
İclasda gündəlikdəki bir sıra mühüm məsələlər müzakirə edilib. Gündəlik və əvvəlki iclasların protokolları təsdiqlənib. Sonra Baş katib forumun fəaliyyəti və görülən işlər haqqında hesabat, eləcə də 2026-cı il üçün İş Proqramı və Büdcə layihəsini təqdim edib.
Tədbirdə, həmçinin BNF-nin strateji tövsiyələrinin icrasına dair monitorinq mexanizmi, Yol Nəqliyyatı Qrupu və Tədqiqat Komitəsinin fəaliyyəti, beynəlxalq nəqliyyat tədqiqatlarının sənədləşdirilməsi üzrə strateji baxış kimi məsələlər barədə məlumatlar təqdim olunub.
Azərbaycan tərəfi vurğulayıb ki, 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin İş Proqramı ölkəmizin sədrliyi dövrünün prioritetlərini – beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafı istiqamətlərində hazırlanacaq tövsiyələri dəstəkləməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycanın BNF-də sədrlik dövründə prioritetləri beynəlxalq nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, Forumun üzvlüyünün genişləndirilməsi, ECMT Çoxsaylı Lisenziya Sisteminə üzv ölkələrin sayının artırılması ilə bilik mübadiləsinin təşviqi məsələlərini əhatə edir. Bu istiqamətlər çərçivəsində Azərbaycan dayanıqlı, inteqrasiya olunmuş və innovativ nəqliyyat siyasətinin formalaşmasına töhfə verməyi hədəfləyir.
Həmçinin iclasda 2026-cı il Sammitinin proqram layihəsi barədə məlumat təqdim olunub və Azərbaycan sədrliyinin nazirlər üçün tövsiyə sənədinə dair təklifləri müzakirə edilib.
Toplantının sonunda Türkiyənin 2027 – 2028-ci illər üzrə BNF sədrliyini öz üzərinə götürəcəyi elan olunub. İştirakçı ölkələr əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












