Beynəlxalq Nəqliyyat Marşrutu müzakirə olundu - Rotterdamda

Niderland Krallığının Rotterdam şəhərində nəqliyyat və logistika şirkətləri arasında nüfuz qazanan “İntermodal Europe 2016” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçirilib. Tədbirdə TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiuma daxil olan "ADY Express" MMC (Azərbaycan), "ACSC Logistics" MMC (Azərbaycan), "KTZ Express" (Qazaxıstan) və "GR Logistics&Terminals" (Gürcüstan) şirkətlər TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu-nu (TBNM) təqdim ediblər.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a daxil olan məlumata görə, vahid stendlə sərgidə iştirak edən konsorsium iştirakçıları nəqliyyat sahəsində imkanlarını nümayiş ediblər. Xəzər regionundan keçməklə, Çindən Türkiyə və Avropa ölkələri istiqamətində yükdaşımalar həyata keçirmək üçün TBNM layihəsinin yaratdığı imkanlar, yüklərin nəql edilməsində yeni texnologiyalar və çatdırılma vaxtı səgri iştirakçıları və qonaqlar tərəfindən böyük marağa səbəb olub. Sərgi çərçivəsində, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilib və danışıqlar aparılıb. “İntermodal Europe 2016” sərgisi bir daha TBNM layihəsinin dəyərini göstərməklə qlobal yükdaşımalar sistemində multimodal nəqliyyat sisteminin üstünlüyünü bir daha sübut edib.
Bundan başqa, sərgi çəçivəsində TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun nümayəndələri “Yeni İpək yolu: Avropa ilə Çini birləşdirən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” adlı biznes sessiya keçiriblər. Biznes sessiyada TransXəzər Beynəlxalq Nəqliyyat konsorsiumunun müşahidə şurasının sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, konsorsiuma daxil olan Azərbaycan, Qazaxstan və Gürcüstan şirkətlərinin nümayəndələri, Almaniyanın "DB Cargo" və "DHL", İsveçrənin "ASSTRA", Bolqarıstan, Rumıniya və Polşa yükdaşıyıcıların nümayəndələri çıxış ediblər. Konfrans zamanı TBNM haqda, onun imkanları, həyata keçirilən infrastruktur layihələr, yükgöndərən və yükdaşımalarla məşğul olanlar üçün yaradılan şərait və perspektivlər haqda ətraflı məlumatlar çatdırılıb. Konfrasda çıxış edən "DB Cargo", "DHL" və "ASSTRA" şirkətlərinin nümayəndələri konfrans iştirakçıları ilə TBNM-la yükdaşımalar həyata keçirmələri haqda təcrübələrini bölüşüblər.
Keçirilən tədbirlər əsnasında TBNM-nun təqdim etdiyi yeni logistika məhsuluna, yükdaşımalar bazarında böyük marağın olduğu dəfələrlə qeyd edilib.
Qeyd edək ki, Rotterdamda təşkil olunan tədbirin təşkilatçısı Azərbaycanın “ADY Express” şirkətidir. Bundan əvvəl isə il ərzində bu cür tədbirlər Çinin Şanxay şəhərində “Transport Logistics China 2016” və Ukraynanın paytaxtı Kiyev şəhərində “TransUkraina 2016” sərgiləri çərçivəsində keçirilib.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








