Beynəlxalq nəqliyyat marşrutu üçün səmərəli tariflər tətbiq etməyə hazırdır

Ukraynanın "Ukrzaliznıtsya" dövlət şirkəti Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutu boyunca daşımalar üçün bütün texniki məsələləri həll etməyə və münasib tarif şərtləri təmin etməyə hazırdır. Avtosfer.az "Report"a istinadən məlumat verir ki, bunu "Ukrzaliznıtsya"nın rəhbəri Yevqeniy Kravtsov Odessada "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla görüşdə deyib. "Hökumət səviyyəsində marşrutun dəniz hissəsinə dair məsələnin həllinə yardım etməyə hazırıq. Eyni zamanda Ukraynada liman rüsumlarının azaldılmasına dair qərar qəbul edilib",- deyə o, bildirib. Y.Kravtsovun sözlərinə görə, bərələr bu marşrutun ayrılmaz hissəsi olmalıdır. Öz növbəsində C.Qurbanov qeyd edib ki, Cənub-Qərb marşrutu strateji əhəmiyyət kəsb edir və onun perspektivli inkişafı üçün Azərbaycan Astaradan Rəşt stansiyasına kimi dəmir yolu xəttinin tikintisində maraqlıdır. Qeyd edək ki, Cənub-Qərb marşrutu yüklərin İran, Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa ərazisindən keçməklə Hindistandan Avropa İttifaqına və əks iqtiqamətdə çatdırılmasını nəzərdə tutur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












