Beynəlxalq yük daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar CəmiyyətindəÇinin Ningxia Kommersiya Departamentininbaş direktor müavini, Ningxia Liman Ofisinin direktoru cənab Kong Guohuanınrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, QSC sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir.
Sonra “Beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili” məsələsi müzakirə olunub.
Çinin Ningxia Kommersiya Departamentinin baş direktor müavini Kong Guohua çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.
Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə NingxiaKommersiya Departamenti arasında Bakı Dəniz Ticarət Limanından istifadə sahəsində niyyət protokolu imzalanıb. ProtokoldaBakı Dəniz Ticarət Limanının coğrafi üstünlüklərini və təchizatlarını nəzərə alaraq, buranın Azərbaycan və Xəzər dənizi ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya, eyni zamanda əks istiqamətdə gedən yüklərin daşınmasında regional toplayıcı və paylayıcı mərkəz kimi istifadə olunması üçün əməkdaşlığın qurulması maraqları ifadə olunub.
Emin
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB













