Bezdirici SMS-lərdən necə xilas olaq? - VİDEO

Sevgi, pəhriz və sair xidmət və malların reklamları. Hər gün mobil telefon istifadəçilərinə çoxlu sayda belə mesaj gəlir. Hansı ki, bütün bunlar istifadəçinin istəyi olmadan edilir. Səhvən hansısa düyməni basdıqda isə bu nəyinki insanların əsəbləşməsinə, həm də cibinə öz təsirini gösdtərir. Bezdirici mesajlar hətta Milli Məclis səviyyəsində belə müzakirə olunmuşdu. Bəs görəsən bu tip mesajlardan xilas olmağın yolu nədir?
İnsanlar mobil telefonlarına gələn bezdirici SMS-lərdən şikayətlənirlər. Telefonlara gələn mesajlarda müəyyən mal və xidmətlərin reklamı ilə yanaşı sevgi mesajlarına abunə ol kimi smslər də kifayət qədər çox olur. Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov deyir ki, vətəndaşlar mobil operatorlarla müqavilə imzalayarakən daha diqqətli olmalıdırlar. Çünki, həmin müqavilədə mobil operatorlar reklam xarakterli smslərin göndərilməsi ilə bağlı məlumatları qeyd edirlər.
Ekspertlər isə bildirirlər ki, belə mesajlar xüsusi şirkətlər vasitəsilə göndərilir. Yəni, həmin şirkətlər mobil operatorlarla müqavilə imzalayaraq fəaliyyət göstərirlər.SMS-lərdən gələn gəlir isə şirkət arasında bərabər bölünür.
Müqavilədə reklam xarakterli mesajların göndərilməsi ilə bağlı bənd yoxdursa və mesajlar göndərilirsə vətəndaş haqqlarını hüquqi müstəvidə təmin edə bilər. Diqqət çəkən bir məqamda göndərilən mesajlarda istifadəçinin yaşı kimi məsələlərin nəzərə alınmamasıdır.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










