"Bəzi marşrutlarda günün pik saatlarında gecikmələr olur" - BNA-dan ETİRAF

"Marşrut avtobuslarının interval artımından söhbət gedə bilməz”. Bunu "Sherg.az”a son günlər vətəndaşların bəzi marşrut avtobuslarında interval artımı ilə bağlı şikayətlərini cavablandırarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib. Qurum sözcüsü qeyd edib ki, bəzi marşrutlarda günün pik saatlarında gecikmələr olur: "Lakin bunun səbəbləri fərqlidir. Bəzən yollarda tıxac yaranır, razılaşdırılmadan hansısa qazıntı işləri aparılır. Bütün bunlar isə avtobusların hərəkət qrafikində gecikmələrə səbəb olur. İntervallarda ləngimələr süni səkildə sürücü və ya daşıyıcı şirkətin digər əməkdaşları tərəfindən baş verirsə, bu zaman BNA səlahiyyətləri çərçivəsində sərnişinlərimizi narahat edən bu kimi xoşagəlməz halın aradan qaldırılması istiqamətində işlər görür”.
M.Ağayev şikayətləri "qaynar xətt”ə ünvanlamaqla bağlı sərnişinlərə müraciət edib: "Sərnişinlərimizdən xahiş edirik ki, bu sahədə bütün şikayətləri bizə ünvanlasınlar. Çünki vətəndaşların müraciəti bizim üçün çox önəmlidir. Vətəndaşlar yalnız "qaynar xətt”imiz deyil, eyni zamanda "Facebook” pofilimizə və alo141.az saytına da müraciətlərini edə bilərlər. Qeyd etməliyəm ki, məhz vətəndaşlardan gələn müraciətlər əsasında bir çox çatışmazlıqlar aşkar edilərək aradan qaldırılıb. Bu fəallığa görə də hər kəsə təşəkkür edirik”.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








