Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Sentyabrın 7-si gündüzdən 8-i səhərədək Azərbaycanda müşahidə olunmuş faktiki hava açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi-Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.
Oğuz rayonunun Sincab, Xaçmaz-Sincan, Xaçmaz-Qışlaq, Dəymədərə, Mollalı kəndlərində və İsmayıllıda xırda dənəli, Xınalıqda isə diametri 7 mm olan dolu düşüb.
Gəncə, Naxçıvan, Şərur, Quba, Xınalıq, Naftalan, Neftçala, Ağstafa, Şəmkir, Mingəçevir, Biləsuvar, Şirvan, Nabran, Qazıməmməd, Şamaxı, Tovuz, Yevlax, Ceyrançöl, Zərdab, Tərtər, Bərdə, Sabirabad, Göyçay, Ağdam, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












