Bəzi yollar iki gün bağlı olacaq - Bakıda

Bakıda iki gün ərzində bəzi yollarda hərəkətə məhdudiyyətlər qoyulacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərdə olması ilə əlaqədar paytaxt Bakıda keçiriləcək əhəmiyyətli tədbirlərdə onun və digər rəsmi qonaqların iştirak edəcəyini nəzərə alaraq Bakı şəhər DYPİ əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasilələrlə bəzi küçə və prospektlər üzrə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdirilir: "Bu gün saat 15:00-dan Bakı-Salyan yolunun 14-cü km-dən, yəni "Sədərək" t/m dairəsindən 3-cü Kənar Dairəvi yol istiqamətində avtomobillərin hərəkəti, eyni zamanda, Bayıl qəsəbəsindən Əhəd Yaqubov küçəsi ilə 20-ci Sahə istiqamətinə, 20-ci Sahədən isə Dağıstü yolla Badamdar qəsəbəsi istiqamətində müəyyənləşdirilib.
Həmçinin, paytaxtın mərkəzi küçələrində, yəni Neftçilər prospekti, Yusif Səfərov, Koroğlu Rəhimov küçələri, Heydər Əliyev prospekti, Parlament prospekti, Teymur Elçin, Niyazi, Lermontov, İstiqlaliyyət küçələri və onlara bitişən digər yollar üzrə avtomobillərin fasilələrlə hərəkətinə hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Bu ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması üçün sürücülərdən xahiş edilir ki, 25 oktyabr 2016-cı il tarixinədək həmin istiqamətdə şəxsi avtomobillərdən az istifadə etsinlər".
Elmin
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










