Bəzi yollarda sıxlıq yaranıb – SİYAHI

Hazırda paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən metronun N.Nərimanov istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyədin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 yanvar dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda qeyd olunur ki, ötən gün tıxacın olduğu Binəqədi şossesində isə vəziyyət nisbətən normallaşıb. Hazırda Binəqədi qəsəbəsindən şəhər istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edirlər.
Agentlik bildirir ki, Binəqədi şossesində yağış sularının dolması səbəbindən, həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda BNA və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş-gəlişini təmin etmək və avtobuslararası intervalların artmaması üçün zəruri tədbirlər görür.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










