Bəzi yollarda tıxac yaranıb
Gündəm
20 May 2016 10:51
Oxunub 1113
BNA məlumat yaydı
Yenə də paytaxtın bəzi küçə və prospektlərində hərəkət etmək olmur.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən paytaxtın Azadlıq və Tbilisi prospektləri, Afiyəddin Cəlilov, Xudu Məmmədov, Həsənoğlu, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif-Fətəli Xan Xoyski küçələrində fasilələrlə nəqliyyatın sıxlığı müşahidə olunur.
Bunu nəzərə alaraq deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR