“Bəziləri düşünür ki, skuterlə qəza törədib qaçsa, onu tapmaq mümkün olmayacaq” – EKSPERT - FOTO

Son illər paytaxtda və regionlarda elektrikli skuter və elektrosamokatların sayı artıb. Bu, bir tərəfdən alternativ və ekoloji nəqliyyat vasitəsi kimi faydalı görünsə də, digər tərəfdən ciddi problemlər yaradır. Sürücülərin dediyinə görə, bəzi skuter sürənlər avtomobillərə çırpılaraq maddi ziyana səbəb olur, daha sonra isə məsuliyyətdən yayınaraq hadisə yerini tərk edirlər.
Məsələ burasındadır ki, skuter və elektrosamokatların dövlət qeydiyyat nömrəsi olmadığından onların kimə məxsus olduğunu müəyyənləşdirmək çətinləşir. Bu isə zərərçəkmişlərin hüquqlarının qorunmasını mümkünsüz hala gətirir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə skuter və elektroskuter kimi vasitələr kiçik elektrikli nəqliyyat vasitəsi kimi təsbit olunub:
“Onlarla bağlı qayda pozuntularında müəyyən cərimələr nəzərdə tutulur. Məsələn, əgər skuter və ya elektroskuter sürücüsü qayda pozursa, bu halda 40 manat məbləğində inzibati məsuliyyət tətbiq edilir. Əgər belə vasitə ilə hər hansı şəxsə xəsarət yetirilirsə, bu zaman 150 manat cərimə müəyyən olunub. Qəza baş verdikdə sürücü adi avtomobil sürücüsü kimi davranmalı, Dövlət Yol Polisinə və sığorta şirkətinə məlumat verməlidir. Bu da inzibati xəta hesab olunur.
Bəzən insanlar düşünür ki, elektroskuterin qeydiyyat nömrəsi olmadığı üçün günahkarı tapmaq mümkün deyil. Əslində isə bu, doğru deyil. Necə ki, bir piyada digərinə zərər vuranda polis həmin şəxsi müəyyənləşdirir, eyni qayda ilə elektroskuter sürücüsü də tapılaraq məsuliyyətə cəlb olunur. Bu işlə də yenə polis məşğul olur və zərərçəkən şəxsin hüquqları qorunur”.
Fidan
WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sürücülərdə narazılıq yaradan qoşa xətlə bağlı AYNA-dan açıqlama - VİDEO
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA








