Bıçaqlanan Müşfiq Mədətov kimin qohumudur? - FOTO

İyunun 14-də bıçaqlanan Müşfiq Mədətov “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Mahir Mədətovun əmisi imiş. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bıçaqlanan keçmiş mühafizəçi M.Mədətovun qardaşı, məşhur prodüser Anar Mədətov qardaşı ilə fotosunu sosial şəbəkədə “Yaşayan Mədətovlar” sözləri ilə paylaşıb. Xatırladaq ki, M.Mədətov iyunun 14-də bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb. Qeyd edək ki, Müşfiq Mədətovu bıçaqlamaqda və Səbayıl Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadəni güllələməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












