Banner

Bıçaqlanan polis mayoru məhkəmədə ifadə verib

Gündəm 4 Aprel 2017 13:31 Oxunub 1021
Bıçaqlanan polis mayoru məhkəmədə ifadə verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Şükür Allaha sağ qaldım. Onlardan şikayətim yoxdur, təqsirləndirilən şəxsləri bağışlayıram"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərəmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə zərərçəkmiş, polis əməkdaşı, polis mayoru Namiq Abdullayev ifadə verib. O, dindirilən zaman bildirib ki, hadisənin baş verdiyi kafe qardaşına məxsus olsa da, oranı cinayət işində digər zərərçəkmiş, uşaqlıq dostu Kamil Məsimov işlədib: "Kafedə dostlarımızla oturanda Əhmədyar Məhərrəmovun Kamilə mübahisə etdiyini gördüm. Ondan pul tələb edib, söyüş söyürdü. Əhmədyara yaxınlaşıb "polis əməkdaşıyam səs-küy salma", dedim. O, sərxoş idi. Əhmədyarı pilləkəndən normal şəkildə aşağı düşürəndə bir nəfər bizə yaxınlaşdı. Ona özümü təqdim edib, Əhmədyarı polisə apardığımı bildirdim. Ə.Həsənov mənə "qardaş-qardaş" deyərək, əl çəkmirdi. Ona dedim ki, "get qardaşı evdə axtar". Mən başa düşmürəm ki, o, niyə səhv başa düşüb. Telefonumu da yuxarıda qoymuşdum. Əli mənə söyüş söydü. Bu zaman məni vurdular. Lakin həmin vaxt kimin vurduğunu bilmədim. Yuxarı qalxıb "Qaynar xətt"ə zəng etmək istədim. Dostum aşağı düşdü. Bu zaman gördüm ki, qarın nahiyəmdən qan axır. Məni kimin vurduğunu soruşdum. Əlinin əlində bıçaq gördüm. Dostum gəlib, qolumu sıxdı. Bu zaman Arif bildirdi ki, onu da vurublar. Kamil də bizə yaxınlaşıb, bıçaqlandığını söylədi. Tanımadığımız adam, sonradan öyrəndim ki, taksi sürücüsü bizi "Semoşka"ya apardı". N.Abdullayev bildirib ki, hadisə zamanı heç kəsə zərbə vurmayıb: "Həmin zaman xidmətdə deyildim, istirahət günüm idi". O, təqsirləndirilən şəxsləri bağışladığını ifadə edib: "Şükür Allaha sağ qaldım. Onlardan şikayətim yoxdur, təqsirləndirilən şəxsləri bağışlayıram". Təqsirləndirilən Ə.Həsənov isə bildirib ki, hadisə zamanı onun qollarından tutub, vurduqlarını deyib: "Namiq də orda idi. Əvvəl yumruqla vurmaq istədim. Lakin Kamil qollarıml tutmuşdu. Sonra kəllə ilə zərbə endirdim. Namiq məndən Əhmədyarı tanıyıb-tanımadığımı soruşdu. Ona "hə, onu tanıyram" dedim. Namiq "ikinizi də içəri basdıracam" dedi. O, polis əməkdaşı olduğunu qeyd etmədi". Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Xatırladaq ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh