Bıçaqlanan taksi sürücüsü öldü

Yanvarın 17-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydə alınan quldurluq hadisəsində xəsarət alan Gəncə sakini dünyasını dəyişib. Avtosfer.az ARB Kəpəzə istinadən xəbər verir ki, çoxsaylı xəsarət alan 59 yaşlı Namiq Babayev əməliyat edilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 3 gün öncə Namiq Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobilə əyləşən şəxs, onu yaşadığı Seyfəli kəndinə aparmasını xahiş edib. Yolun yarısında avtomobilin idarəetməsinə mane olan sərnişin sürücüyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra Namiq Babayevi avtomobilindən düşürərək, cibindəki 2 manat pulu və telefonu çıxardıqdan sonra həmin avtomobilə əyləşərək, ərazidən uzaqlaşıb. Yaralı isə ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğundan Gəncədəki özəl klinikalardan birinə yerləşdirilmişdi. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Sürücü, avtomobil təmiri ilə məşğul olan Kamal Kərimov izahatında maşını həmkəndlisi Eşqin Murtuzovdan 500 manata aldığını bildirib. Hazırda Faktla əlaqədar cinayət işi başlanılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












