Biləcəri dairəsindəki səkinin bir hissəsi və yol nişanı niyə sıradan çıxıb? - RƏSMİ - VİDEO

Paytaxtın Binəqədi rayonu Rəşid İsmayılov küçəsində quraşdırılmış yol nişanı yararsız hala düşüb.
Mövcud problemlə bağlı izləyici Avtosfer.az-a videomaterial göndərib. O bildirib ki, Biləcəri dairəsi adlanan ərazidəki səki və avtobus zolağı yol nişanı tamamilə sıradan çıxıb. İzləyici, sürücülərin yaranmış vəziyyətdən sui-istifadə edərək zolaqda dayandıqlarını iddia edib. Eyni zamanda o, avtobus gözləyən sərnişinlərin məcbur qalaraq səkidən kənarda dayanmalı olduqlarını əlavə edib.
Məsələylə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə yol-nəqliyyat hadisəsi baş verdiyi üçün xoşagəlməz mənzərə yaranıb: “Qəza baş verməsi səbəbindən həmin ərazidəki nişan zədələnib və ən qısa zamanda bərpa ediləcək”.
Nərmin
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










