Biləcəri və Gəncədə depoların tikintisi üçün 122 mln. avro kredit cəlb edilib

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkətin daha yüksək və təhlükəsiz səviyyədə təşkil olunması ilə əlaqədar Fransanın “Alstom Transport S.A.” şirkətindən alınacaq 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivə təmir və texniki baxışın keçirilməsini təmin edilməsi məqsədilə Biləcəri və Gəncədə depoların tikintisini maliyyələşdirmək üçün Fransa İnkişaf Agentliyi ilə danışıqlar aparılıb. Avtosfer.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Danışıqlar nəticəsində Fransa İnkişaf Agentliyi tərəfindən qeyd edilən məqsəd üçün 112,5 mln. avro məbləğində güzəştli kreditin ayrılması razılaşdırılıb. Nazirlər Kabinetinin 2017-ci il 13 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında 112,5 milyon avro məbləğində “50 ədəd dəyişən cərəyanla işləyən lokomotiv üçün iki ədəd lokomotiv deposunun tikintisi üzrə Kredit Sazişi”ni Azərbaycan Respublikası adından imzalamaq barədə səlahiyyət verilib. Saziş ötən ilin 14 martında imzalanaraq Nazirlər Kabinetinin 2017-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiq edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












