Biləcəridə piyadanı vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Yusibov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Ş.Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Hadisədən sonra saxlanılan Ş.Yusibovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, Ş.Yusibov milliyətcə qaraçıdır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












