Biləsuvarda qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib - FOTO

Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində kollektor üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsü əsaslı şəkildə bərpa olunub.
"Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, bərpa işləri zamanı körpünün dayaqları bərkidilib, dəmir-beton aşırım tirləri yeniləri ilə əvəzlənib, plitələrin üstü (hərəkət hissə) betonlanıb, daha sonra körpü üzərinə asfalt-beton örtük döşənib və kənarlarına yeni mühəccərlər quraşdırılıb.
Körpü sabahdan sürücülərin istifadəsinə veriləcək.
Xatırladaq ki, 1973-cü ildə inşa olunan üçaşırımlı körpü ötən ay ağırtonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Uzunluğu 30 metr, eni isə 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














