Bileti olmayanlar da bulvara girə biləcək - VİDEO

Paytaxt Bakının ev sahibliyi edəcək "Formula-1" yarışlarına sayılı günlər qaldığından Dənizkənarı Bulvarda hazırlıq işləri daha da intensivləşib. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, "Formula-1" yarışlarını izləmək üçün bileti olmayan şəxslərə narahat olmağa dəyməz. Bakı Dənizkənarı Bulvar ərazisinin cəmi 3 kilometrlik hissəsi bağlı qalacaq. Bu hissə Azneft dairəsindən, Dəniz limanı ərazisinə qədər olan yerdir. Bu ərazilərə bilet və xüsusi dəvətnamələrlə daxil olan şəxslərə bulvar ərazilərində pulsuz xidmətlər göstəriləcək. Bulvar ərazisinin qalan hissəsi isə sakinlərin ixtiyarında olacaq.
"Formula-1" yarışlarına hazırlıq çərçivəsində mümkün qəzaların baş vermə ehtimalına qarşı Neftçilər Xəstəxanasında xüsusi şəraitli palata yaradılıb. Xəstəxananın baş həkiminin müavini Nadir Mehdiyevin sözlərinə görə, palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb.
Digər palatalarda isə xüsusi yataqlar hazırlanıb ki, onların döşəməsi qumdandır. Bundan başqa xəstəxanada, anastezioloq, neyrocərrah, plastik cərrah, tibb bacılarından ibarət qrupa Türkiyədən gələn mütəxəssislər hazırlıq keçib. Hazırda yarışlar vaxtı baş verə biləcək bədbəxt hadisələr zamanı Təcili tibbi yardım xidmətinin necə yardım göstərməsi üzrə təlim məşğələlər aparılır. Yarışlar zamanı sürət maşınlarının keçdiyi ərazilərdə xüsusi hazırlanmış təcili yardım maşınları növbə çəkəcəklər.
Yarışların başlanma tarixi yaxınlaşdıqca qara bazarda "Formula-1" yarışlarına biletlər satılmağa başlayıb. bu proses ən çox sosial şəbəkələrdə həyata keçirilir. Burda ən ucuz biletin qiyməti 60 manatdan başlayır. Əslində isə "Formula-1" yarışlarına ən bahalı bilet rəsmi olaraq 700 manata qədərdir. Yalnız qeyri-rəsmi məlumatlara görə, hər bir şəraitlə və yeməklə təmin olunmuş VİP yerlərin qiymətləri 4500 manatdir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












