Binalara bomba qoyması barədə yalan məlumat verən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın APA-yaistinadən xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, K.Mikayılovun cinayət işinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. Prokuror K.Mikayılovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. K.Mikayılovun vəkili çıxışında onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Sonra K.Mikayılov son söz deyib. O, son sözündə polisə zəng edərkən sərxoş olduğunu deyib və peşmançılığını bildirib. Məhkəmənin hökmünə əsasən, K.Mikayılov 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, K.Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın zirzəmisinə "geksoken" adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib. Həbs edilən K.Mikayılova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












