"Binə" Ticarət Mərkəzi karantin qaydalarını pozdu, fəaliyyətə başladı - VİDEO

“Bir müddətdir ki, “Binə” Ticarət Mərkəzi açıq şəkildə fəaliyyət göstərir, mağazalarda alver gedir". Bu məlumat “Sədərək” Ticarət Mərkəzində alver edən bir qrup sahibkar tərəfindən azpolitika.info-ya gödərilən müraciətdə əks olunub. Mağaza sahibləri dediklərinin təsdiqi üçün müraciətlərinə çəkilmiş videoda əlavə ediblər.
Eyni zamanda işləmədikləri halda “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyini (sahibi Yusif Qədimovdur-red.) onlardan aylıq haqq tələb etməkdə ittiham edirlər: “İçəri girməyə imkan verilməsə də, mağaza sahiblərindən aylıq ödənişlər tələb olunur. Ayın 1-dən bir daha xəbərdarlıq olunub ki, hamı aylıq ödənişləri versin. Bəzi mağaza sahibləri hansısa iş üçün təkcə özləri mağazaya daxil olmaq istədikdə, aylıq ödənişi vermədiklərinə görə buraxılmırlar. Yalnız rəhbərliyin tapşırığı ilə bəzilərini içəri buraxırlar.
Bunlara etiraz olaraq bir neçə gün qabaq votsapda qeyd olunanlara sahibkarların etirazını əks etdirən səs yazısı yayılıb.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda ölkədə iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi qadağan edilib. Operativ Qərargahın son iclasında da iri ticarət mərkəzlərinin açılmasının hələlik gündəmdə olmadığı bildirilib.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










