Binəlilər qəsəbə daxili yollardan şikayətçidir - VİDEO

Qışda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirlər...
Görüntülər paytaxtın Binə qəsəbəsində lentə alınıb. Qəsəbənin südçülük savxozu adlanan ərazisinin qayğıları bitib-tükənmək bilmir.
Sakinlər küçələrin keçilməz olduğunu, tullantıların atılması üçün xüsusi yerlər ayrılmadığını və susuzluqdan əziyyət çəkdiklərini dilə gətirilər.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən qəsəbə ərazisində istismara yararsız yolların təmiri işlərinin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan prioritet layihələrin siyahısına əlavə olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinə bir neçə dəfə rəsmi müraciət ünvanlanıb.
Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirlib ki, dövlət proqramı çərçivəsində sentyabr ayına kimi məsələ öz həllini tapacaq.
Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Anar Cəbrayıllı isə bildirib ki, Binə qəsəbəsinin təxminən 35 faizi mərkəzləşdilmiş su şəbəkəsi ilə təmin olunub. Digər ərazilərdə su xəttləri mövcud deyil. Şəhərin şərq hissəsinə dövlət proqramı çərçivəsində yeni magistral su xəttlərinin çəkilməsinə başlanılıb. Bu da su olmayan ərazilərin su ilə təmin olunmasına imkan verəcəkdir.
Daha ətraflı videomaterialda.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










