Binəqədi-Mehdiabad yolu yenidən qurularaq istifadəyə verildi - VİDEO

3.9 km uzunluğunda ola Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib. Yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb. İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min m2 sahəsi asfaltlanıb. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2.5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 p/m səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb. Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb. Qeyd edək ki, bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Növbəti mərhələdə isə Mehdiabad-Fatmayi-Goradil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












