Binəqədi-Mehdiabad yolu yenidən qurulur – FOTO+VİDEO

Bakıda 10,3 km uzunluğunda olan Binəqədi - Mehdiabad - Fatmayi - Goradil avtomobil yolunun Binəqədi-Mehdiabad hissəsinin (3,9-cu km) yenidən qurulur. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" ASC-dən verilən məlumata görə, Binəqədi-Mehdiabad yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmayıb. Nəticədə yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranıb. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradıb. Artıq bu problem geridə qalıb.
Eni 9-11 metr arası dəyişən yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb.
"İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 p/m səki daşları düzülüb. Hazırda ərazidə piyada səkilərinin hərəkət hissəsinin asfaltlanması işləri aparılır. Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, növbəti mərhələdə yolun Mehdiabad-Goradil hissəsinin əsaslı şəkildə təmiri nəzərdə tutulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI






















