Binəqədi şosesində aylarla davam edən qazıntı işləri nə vaxt yekunlaşacaq? - VİDEO

Binəqədi şosesində aylarla davam edən qazıntı və təmir işləri yolda hərəkəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, xüsusən də günün pik saatlarında ərazidə uzun tıxac yaranır. Yaranan çətinlik ən çox da sürücüləri narahat edir. Onlar deyirlər ki, günün bütün saatlarında həmin yolda sıxlıq yaranır. Eyni zamanda, Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin yolda onlar tərəfindən heç bir işin icra edilməməsi ilə bağlı açıqlama yayıblar. Ərazidə çəkiliş zamanı məlum olub ki, həmin işi özəl şirkətlərdən biri aparır. Yaxınlıqda Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus yeni tikilən binalar üçün kanalizasiya xətləri çəkilir. İş icraçısı Sabir Mustafayev deyib ki, 4 kilometrdən çox ərazidə aparılan işlərin 90 faizi yekunlaşıb. Boruların çəkilməsi işi yekunlaşdıqdan sonra yol asfaltlanacaq və təxminən bir aya təhvil veriləcək.
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu
Bu proses taksi xidmətində ciddi problem yaradır - HƏLL YOLU AÇIQLANDI
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?
Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA










