Binəqədi şossesi nə vaxt istifadəyə veriləcək?

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şossesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb. Avtosfer.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Trend-ə verdiyi məlumata görə, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub. Onun sözlərinə görə, yolun alt hissəsinə 5 yerdə yeni borular atılıb ki, açıq kanallarla gələn sular yolun altından ötürülsün. A.Nəcəfli bildirib ki, artıq yolda işlərin ikinci mərhələsinə start verilir: “Noyabrın 11-dən yolun asfaltlanmasına başlanılıb. Yolda yenidənqurma işlərinin noyabrın sonuna kimi tamamlanması və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












