Binəqədi şossesinin asfaltlanması işlərinə başlanılıb - VİDEO

Binəqədi şossesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, hazırda yolun asfaltlanması işləri aparılır.
Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metrdir.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür.
Aparılan yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə yolun 40 min m2-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri də aparılacaq.
Yenidənqurma işlərinin 1-ci mərhələsində şosse boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb.
Bundan başqa intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə "4-cü qapı" küçəsi ilə kəsişmədə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunun Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş və ötürmə qabiliyyətini itirmiş köhnə boru 35 metr uzunluğunda yeni boru ilə əvəz edilib, yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru inşa edilib.
Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədi ilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










