Binəqədi yolunda son durum - FOTO

Mehdiabad – “Azadlıq prospekti” metro stansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində çuxura düşüb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan “göl”ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Sərnişinlər məcbur qalaraq suyun içinə düşüblər. Hadisə şahidlərinin dediyinə görə, batan avtobusdan sərnişinlər “Qazel” vasitəsi yolun quru hissəsinə daşınıb. Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq ərazidə su çəkilmir, yolun gediş-gəliş üçün asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə maşın qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












