Binəqədidə avtomobil oğruları tutuldular

Bakının Binəqədi rayonunda avtomobillərdən oğurluq edən şəxslər həbs ediliblər. Avtosfer.az teleqraf.com-a istinadən bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Vasif Musayevə məxsus avtomobildən oğurluq etmiş Gəncə şəhər sakini Elxan Allahverdiyev tutulub.
Bundan başqa, 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Niyaməddin Cəfərova məxsus "Hauje HJ 110-2" markalı motosikleti qaçırmış Kürdəxanı qəsəbə sakini Emil Qurbanov saxlanılıb.
Fevralın 16-da Binəqədi rayonu ərazisindən qaçırılmış İntizam Mehdiyevə məxsus "Mercedes" markalı avtomobil Salyan rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, sürücü - Lənkəran rayon sakini Zabit Nəzərov, sərnişinləri İlqar Quliyev və İsa Nəzərov Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Hər 3 faktla bağlı araşdırma aparılır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












