Binəqədidə bərbad vəziyyətə salınan səki bərpa olunur - RƏSMİ AÇIQLAMA - FOTO

Sentyabr ayının 24-ü Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində səkinin uzun müddətdir təmirsiz vəziyyətdə saxlanması ilə bağlı xəbər dərc etmişdik. Belə ki, “Dərnəgül” metrosu yaxınlığında piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədə bir neçə ay əvvəl kommunikasiya xətlərinin təmiri işləri aparılıb. Təmir işlərinin qısa müddətdə yekunlaşmasına baxmayaraq, səkinin vəziyyəti bərpa edilməmişdi.
Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, hazırda qeyd edilən ünvanda səkinin təmir-bərpa işləri aidiyyəti qurum tərəfindən həyata keçirilir.
***
24.09.2024 - 15:20
***
Bakıda uzun müddət əvvəl təmir məqsədilə sökülən səkinin bərpası işlərini görmək unudulub.
Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədə təmir işlərini başa çatdırmayıblar.

Belə ki, “Dərnəgül” metrosu yaxınlığındakı ərazidə aylar öncə kommunikasiya xətləri üçün dağıdılan səki hələ də bərpa olunmayıb. “Olympus Park” yaşayış kompleksinin qarşısında yerləşən bu ərazi xüsusilə yağışlı günlərdə ciddi narahatlıqlara səbəb olur.
Dağıdılmış səkinin palçıqla dolması, ətrafda yaşayan sakinlər və piyadalar üçün çətinlik yaradır. Sakinlər, müvafiq qurumların problemin tezliklə həll olunmasını gözlədiklərini qeyd edirlər.
Səfər
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış














