Binəqədidə maklerlər böyük zibilxana yaradıb; İcra hərəkətə keçdi - RƏSMİ - VİDEO

Paytaxtın Binəqədi rayonu ərazisində sanitar vəziyyətlə bağlı narahatlıqlar artmaqdadır.
Avtosfer.az xəbər verir ki, sakinlər bildirirlər ki, rayonun Aşırım küçəsində son illər maklerlər tərəfindən intensiv şəkildə fərdi yaşayış evləri tikilərək satışa çıxarılır və bu proses nəzarətsiz şəkildə davam edir.
Qeyd olunur ki, tikinti işlərinin sürətlə aparılması fonunda infrastruktur və kommunal məsələlər lazımi səviyyədə həll olunmur. Nəticədə, ərazidə tullantıların idarə olunması, kanalizasiya və ümumi sanitar vəziyyətlə bağlı problemlər yaranır.
Sakinlərin sözlərinə görə, ətrafda hətta hotellərin mövcud olmasına baxmayaraq, antisanitariya halları geniş yayılıb və bu da həm yaşayış mühitinə, həm də ictimai sağlamlığa mənfi təsir göstərir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakmiyyətindən Avtosfer.az-a bildirilib ki, sözügedən məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək. Eyni zamanda bildirmək istərdik ki, gələcəkdə belə bir problemin yaranmaması üçün aidiyyəti qurumlara müraciət olunmuşdur.
Eltac Zülfüqaroğlu
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bu yolda sürət həddi endirildi
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA
Sumqayıtda yolların acınacaqlı vəziyyəti: Sürücülər çuxurlar arasında “savaşır” - VİDEO
Azərbaycanda taksi sürücüləri vahid forma geyinəcək? - AÇIQLAMA
Zəngəzur dəhlizi beynəlxalq münasibətlərdə niyə bu qədər önəmlidir? - Ekspert AÇIQLADI
Karapetyan Ermənistanda hakimiyyətə gəlsə nələr dəyişəcək? – Politoloq AÇIQLADI
Ermənistadakı seçkilərə görə Azərbaycanla münasibətlərdə dəyişiklik ola bilər - SİYASİ ŞƏRHÇİ
Xəzərdə DÖRDÜNCÜ ZƏLZƏLƏ oldu - FOTO - YENİLƏNİB








