Binəqədinin keçilməz yolları: “Gərək qayıq alaq” - FOTO - VİDEO

Dünəndən yağan yağış paytaxtın ətraf ərazilərində bir sıra problemlərə yol açıb.
Belə ki, Binəqədi qəsəbəsi Ağamirək İsfahani və Cəfər Cabbarlı küçələrində də yağış suları kanalizasiya sularına qarışıb.
Nəticədə sakinlərin gediş-gəlişi çətinləşib, avtomobillərin hərəkətində fasilələr yaranıb.
Qəsəbə sakinlərinin Moderator.az-a verdiyi məlumata görə, analoji vəziyyət qış ayından davam edir:
“Binəqədi qəsəbəsində yollarımız onsuz da yaxşı deyildi. Birtəhər pis-yaxşı asfalt çəkmişdilər. Onu da “Azərsu” gəlib dağıdıb getdi. Belə ki, qəsəbədəki su xətlərini yenilədilər, yolun bir tərəfini isə dağıdılmış vəziyyətdə qoyub getdilər. Düzdür, sonradan gəlib bəzi yerlərə nazik örtüklü asfalt döşədilər, amma əksər yerlər eyni vəziyyətdə qaldı. 2 gündür məhəllədə hərəkət etmək çətinləşib. Ya gərək qayıq alaq, ya da uzunboğaz çəkmə. Vəziyyət o həddə çatıb ki, 133 saylı avtobus da artıq bu məhəlləyə gəlmir, yolunu dəyişib”, - deyə sakinlər bildiriblər.
Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir ... - VİDEO
Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib - Seysmoloqdan həyəcan təbili - VİDEO
İki min manatadək cərimə oluna bilərsiniz - XƏBƏRDARLIQ - VİDEO
Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bu gündən iki marşrutda gedişhaqqı 10 qəpik bahalaşdı
AYNA 5 min sürücü hazırlayacaq; Şərait də yaradılacaq - FOTO
Zəngəzur dəhlizindən keçid belə olacaq: Ermənilər arxa ofisdə oturacaq
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas səbəblərindən biri - FOTO - AÇIQLAMA
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq











